Maraqlı

Sonuncu Moğol imperatoru: həyatı və ölümü

14 Noyabr 2017 23:40
22 Şərh     Baxış: 2 283

Sonuncu Moğol imperatoru bir əsrdən çox heç kimin yadına düşməyib. Lakin qəbrinin aşkarlanması ilə Sufi müqəddəslərindən biri və urdu dilinin ən yaxşı şairlərindən sayılan bu kişinin irsi də peyda olub.

II Bahadır Şah Zəfər 1862-ci ildə Ranqunda (indiki Yanqun) son nəfəsini verərkən yanında cəmi bir neçə qohumu olub.

Onu tutan britaniyalılar məşhur Şvedaqon Paqoda yaxınlığındakı bir ərazidə dəfn ediblərmiş. Heç qəbrin üzərində işarə də olmayıb.

Məğlub, alçaldılmış və təhqirə uğramış: müasir Hindistan, Pakistan və Əfqanıstan və Banqladeşin böyük hissələri də daxil olmaqla geniş bir ərazini 300 il idarə edən Moğolların varisi üçün biabırçı sonluq.

Hakimiyyətini əcdadları Əkbər və ya Övrəngzeb ilə müqayisə etmək mümkün olmasa da, 1857-ci ildə uğursuzluq ilə nəticələnən "Hindistan Qiyamı" onun adı ətrafında cərəyan edib. O zaman əsgərlər Şərqi Hindistan Britaniya Şirkətinə qarşı ayağa qalxmışdılar.

Məğlubiyyətdən sonra, imperator xəyanət ittihamı ilə həbs olunur və Britaniya idarəsində olan başqa bir əraziyə Burmaya (hazırda Myanma) sürgün edilir.

O, həbsdə 87 yaşında noyabrın yeddisi ölsə də, poeziyası hələ də yaşayır. Şair, qələbə mənasını verən Zəfər təxəllüsündən istifadə edib.

An illustration showing the arrest of Bahadur Shah ZafarBahadır Şah Zəfərin həbsini təsvir edən illüstrasiya

1700-ci illərin sonuna qədər böyük Moğol imperiyası nüfuz və ərazisinin böyük hissəsini itirmişdi. 1837-ci ildə hakimiyyətə gələn Zəfər, yalnız Delhi və onun ətrafını idarə edirdi. Amma təbəələri onu hər zaman Padşah kimi anıblar.

Digər Moğol padşahları kimi onun da Monqol imperatorları Çingiz xan və Teymur nəslindən olduğu deyilirdi. Dünyanın ən böyük sülalələrindən birinin sonu onun ölümü ilə gəlib.

Britaniyalılar davamçılarını yayındırmaqdan ötrü onu gizli dəfn edirlər. Ölüm xəbəri Hindistana iki həftədən sonra çatır və demək olar ki, heç kim buna məhəl qoymur.

Və Zəfər 100 ildən artıq bir müddət ərzində yaddaşlardan silinib.

Ta ki son on illiklərdə irsinə maraq yarana qədər.

Hindistanda efirə 1980-ci illərdə gedən televiziyası seriyası yaddaşları təzələyir və Delhi və Karaçidə onun adını daşıyan küçələr peyda olur. Dakada hətta, bir parkın adı onun adına dəyişdirilib.

"Zəfər görkəmli insan olub," Sonuncu Moğol (The Last Mughal) əsərinin müəllifi tarixçi William Dalrymple BBC-yə deyib.

"Xəttat, şair, Sufi piri və hindu-müsəlman birliyini təqdir edən bir şəxs."

"Zəfər qəhrəman və ya inqilabçı lider kimi anılmasa da, xatirlərdə əcdadı imperator Əkbər kimi İslam sivilizasiyanın ən tolerant və pluralist simalarından biri olaraq qalıb," cənab Dalrymple kitabında qeyd edib.

Bəziləri deyir ki, Zəfərin dini dözümünün səbəbi qarışıq valideynlərə malik olmasından qaynaqlanıb. Atası II Əkbər Şah müsəlman və anası Lal Bhai Hindu Racput şahzadəsi olub.

1857-ci il "Qiyamı"

Heavy Day In The Batteries' on the Delhi Ridge, during the Indian Rebellion of 18571857-ci il Hindistan Qiyamı zamanı Delhidə baş verən döyüşdən bir səhnə

  • Mayın 10-da şimalda yerləşən Meerut şəhərində hindistanlı əsgərlər britaniyalı zabitlərə qarşı ayağa qalxırlar. Üsyan Delhi, Aqra, Lakhnau və Kanpur şəhərlərinə yayılır.
  • Hiddətə səbəb yeni islahatlar, qanunlar, Qərb dəyərləri və Xristianlıq ilə bağlı addımlar olub.
  • Üsyan minlərlə hindu və müsəlmanları birləşdirir və onlar dövrün Moğol imperatoru II Bahadır Şah Zəfəri başçıları seçirlər.
  • Britaniya generalları Puncab və Patnadan olan six əsgərləri sayəsində sentyabra qədər Delhini ələ keçirirlər.
  • Hər iki tərəf qəddar cinayətlərdə ittiham olunur. Üsyançılar britaniyalı qadın və uşaqları öldürürlər. Britaniyalılar isə minlərlə qiyamçı və onların tərəfdarlarının ölümündə günahkar bilinirlər.
  • Üsyan 1858-ci ilin iyulunda tamamilə yatırılır. Eyni ildə Şərqi Hindistan Şirkəti ləğv olunur və Hindistanda Britaniya hökumətinin birbaşa hakimiyyəti qurulur.

Mənbə: Britannica, BBC Tarix

Zəfərin sakit Yanqun xiyabanındakı qəbri, Hindistan tarixinin ən qarışıq dövrünün iztirablı və dinməz yadigarıdır.

The gates of the mausoleum in YangonSonuncu imperatorun adını daşıyan mavzoleyin darvazaları

Yerlilər Zəfərin yerli qarnizon ərazisində basdırıldığını zənn etsələr də, məzar 1991-ci ilə qədər naməlum qalıb.

Drenaj sistemi üçü yeri qazan işçilər kərpic tikili ilə qarşılaşırlar. Bu, keçmiş padşahın qəbri imiş. Sonralar məzar ictimai ianələr sayəsindən yenidən qurulur.

The only surviving picture of Zinat Mahal, taken in captivity in Rangoon by General McMohan.nMavzoleydə onun xanınlarından biri Zinət Mahalın da qəbri yerləşir

Əcdadlarının Hindistandakı dəbdəbəli mavzoleyləri ilə müqayisədə Zəfərin məzarı çox sadədir. Qövsvari dəmir barmaqlıqlarda onun adı və titulu qeyd olunub. Birinci mərtəbədə xanımlarından bir Zinət Mahal və nəvəsi Rövnəq Zamaninin qəbirləri yerləşir.

Zəfərin məzarı isə yeraltı otaqdadır və qızılgül ləçəkləri və başqa güllərlə örtülüb.

Yuxarıdan sallanan uzun şamdanlar onun divardakı rəsmlərini işıqlandırır. Yan binada isə məscid yerləşir.

Dərgah və ya məqbərə, Yanqunun müsəlman sakinləri üçün ziyarət yerinə çevrilib.

"Dərgaha hər tərəfdən insanlar gəlir, çünki o, Sufi müqəddəsi hesab olunur," Bahadır Şah Zəfər Mavzoleyinin idarə heyətinin xəzinədarı Əl-Hac U Aye Lvin deyir.

"Onlar, şahın məzarı yanında meditasiya və dua etməklə məşğul olurlar. Arzuları həyata keçən insanlar isə pul və başqa şeylər ianə edirlər."

Zafar's tombZəfərin məzarına qızılgül ləçəkləri səpiblər

Zəfər yaddaşlarda daha çox urdu dilindəki işinə görə qalıb. Onun həyat və sevgi haqqındakı qəzəlləri çox məşhurdur və urdu poeaziyasının oxunduğu Yanqun toplantıları və ya müşairələrdə səsləndirilir.

Qələm və kağız qadağasına görə deyirlər ki, o, şeirlərini həbs olduğu hücrənin divarlarına kömürlə yazarmış. Ona həsr edilən şeirlərdən bir neçəsi movzoleyin divarlarını bəzəyir.

İmperator kimi Zəfər ordu başçısı olmasa da, müsəlman və hinduları birləşdirən üsyanın simvolik rəhbərinə çevrilib. Tarixçilər, minlərlə müsəlman və hindu əsgərlərinin britaniyalılara qarşı çıxaraq Moğol imperiyasının bərpası üçün vuruşduqlarını söyləyirlər.

Hindistan və ya dünyanın başqa heç bir yerində anılmayan bu üsyanın bu il 160-cı ildönümüdür.

Tarixçilərə görə, milliyyətçilik və fundamentalizmin artdığı bir dövrdə Zəfərin tolerantlıq nümayişi, bu gün də öz aktuallığını qoruyur.

Titul və hakimiyyətini itirsə də, o, Sufi müqəddəsi və mistik şair kimi qəlbləri fəth edə bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

22 Şərh:

  • Anonim
    .. · 15 Noyabr 08:3250

    Meqaleni tam oxuma imkanim olmadisa da qebrin uzerinde Allah Muhammed Eli Fatime Hesen ve Huseyn adlari in yazildigi gorulur.

    Cavab yaz
    • Anonim
      ..-ya · 15 Noyabr 10:0709

      səninkimilərə elə onu oxumaq bəs edir. Ömrü boyu da o sözlərdən başqa heç nə bilmirsiz

      Cavab yaz
      • Anonim
        Adsiz bedbext · 15 Noyabr 12:0880

        Seninkimisine de hesed aparmaq.Medeniyyetsiz kendci

        Cavab yaz
        • Anonim
          adli bextever · 15 Noyabr 14:3515

          sənin mədəniyyətinin və inancının çürüklüyü elə ondan bilinir ki, insanları kateqoriyalara bölürsən. bəyəm əxlaqa uyğundur ki, kəndçi və şəhərli söhbəti edirsən? Kəndiçini kiçimsəmək, şəhərlini üstün tutmaq? Əsl cahillik bax budur. Öz əcdadlarını yadına sal hardan gəliblər, ay yazıq!

          Cavab yaz
          • Anonim
            .. · 15 Noyabr 18:2010

            He,bir de ki,ay adsiz bedbext nikli ? arada medeniyyet bolmesindeki werhlere bax,sizlerin olmadigi cebhe bolgesindeki xeberlere de bax.Sadece senin ureyin dolmuwdu coxdan,zeherini tokmeye meqam axtarirdin.Get medeni davraniwi yazdigin werhine bax tehlil et.

            Cavab yaz
      • Anonim
        .. · 15 Noyabr 15:3640

        Senin medeniyyetin olsAydi birinci werhime mudaxile etmezdin.Ecdadlarim da kimlerdir sene dexli yoxdur.Ikincisi de mene ele Quran bir omur nurlu yol acib bundan sonra da acacaq.Siz kafirler ancaq qurdlu ureyinizle werhlere mudaxile edin.Kendci sozu senin kimi geride qalmiwa de aid ola biler .Rusca ,,деревня,,.Menasini oyren.

        Cavab yaz
        • Anonim
          nöqtəyə · 15 Noyabr 16:4114

          bəli,mən kəndçiyəm...)) səndən fərqli bundan utanmıram... səndən fəqrli kəndçiliyimi mədəniyyətsizlik kimi də qəbul etmirəm. Rus dilində söz yazmaqla da nəyisə sübut etməyə çalışmıram. Sənə mənasını başa düşmədiyin ərəb sözlərini , tutuquşu kimi təkrarlamaq daha yaraşardı. Fürsətdən istifadə edib səni maarifləndirmək istərdim: деревня sözünün mənşəyi ağac sözündəndir və mədəniyyətlə heç bir əlaqəsi yoxdur. Amma Культура, culture, cultivate sözlər eyni mənşədəndir, əkmək, yetişdirmək deməkdir. Görürsən, mədəniyyət əkinçidən, kəndçidən gəlib.

          Cavab yaz
          • Anonim
            .. · 15 Noyabr 18:1400

            Bilirsen ne var?Hec werhini oxumadan yaziram,kimliyini de bilirem,ona gore de curutme yerini bil .Sen mene yazdin ,men yox,Kendcisen ,nemenesen ozun bilersen.Maraqsiz werhlerini ozun yaz ozun oxu.Getdun burdan.

            Cavab yaz
            • Anonim
              nöqtəyə · 15 Noyabr 23:0000

              oxumusan. sadəcə cavab verməyə sözün yoxdur) davay do svidanie!

            • Anonim
              .. · 16 Noyabr 00:0711

              Hele de oxumamiwam.Mene etdiyin kobudluqdansa sen cavab yazardin.Demek sen bir zad deyilsen.Yeri get uwaqlarla ipatti oyna.Rusca daniwana bax...

            • Anonim
              .. · 16 Noyabr 00:1300

              Cox noqte noqte deme.Noqte kicik olsa da cumleni bitirir.Bir de arada terbiye verenine boyuklerle reftar nece edilir de oyretsin.Deyesen az mewgul olublar senle.

            • Anonim
              nöqtəyə · 16 Noyabr 00:1401

              sən canın oxu)))

            • Anonim
              .. · 16 Noyabr 09:1201

              Senin caninina and olsun oxumaram))))))De kufrunuz uzunden Azerbaycanda da zelzele bawladi.Cox savadlisan al gorum zelzelenin qarwisini.Tupitsa.

            • Anonim
              nöqtəyə · 16 Noyabr 09:2800

              Heç böyüyə bənzəmirsən. Yazdığı cümlələr, verdiyin cavablar uzağı 8-ci sinif şagirdinin düşüncəsinin məhsuluna oxşayır.Nəysə, sağ ol. salamat qal.

  • Anonim
    Hüseyn · 15 Noyabr 09:1710

    Dehli yazılmalıdır və ümumiyyətlə nə qədər səhv var bu yazıda. Hindistanda efirə 1980-ci illərdə gedən televiziyası seriyası yaddaşları təzələyir və Delhi və Karaçidə onun adını daşıyan küçələr peyda olur.

    Cavab yaz
  • Anonim
    Oxucu · 15 Noyabr 09:3910

    Valah ayıbdır e.. Bu qədər səhv, bərbad tərcümə olmaz! İfadələrə baxın "Ölüm xəbəri Hindistana iki həftədən sonra çatır və demək olar ki, heç kim buna məhəl qoymur."... xəbərə məhələ qoymaq və ya qoymamaq nə deməkdir? "Şərqi Hindistan Britaniya Şirkəti" hansı şirkətdir? Bəlkə Ost-Hind şirkətini demək istəyirdiz. Belə məqalələri yazmağı azərbaycan dilini və tarixi elementar səviyyədə bilən şəxslərə həvalə etməyinizi xahiş edirəm. Bütün mövzulara "xoşqədəm stili"ndə yanaşmayın. Xahiş edirəm sözlərimi redaktora çatdırın. Təşəkkürlər!

    Cavab yaz
    • Anonim
      ; · 15 Noyabr 17:3100

      Mehele yox,mehel qoymur.Yeni fikir vermir,etinasiz yanasir.Adi sozdur,menasini basa dusmursuzse tercumeye irad bildirmek duzgun deyil.

      Cavab yaz
      • Anonim
        Oxucu · 15 Noyabr 18:3100

        məhəl sözünü səhvən məhələ yazmağımı texniki səhv kimi qəbul edin. Konteksdən baxın həmin cümləyə. Səhvinizi indi düzəltdiz.. bəli, yazmalydınız etinasız yanaşdılar, əhəmiyyət vermədilər, fikir vermədilər. Amma məhəl sözü başqa mənanı ifadə edir. Tövsiyəm budur google-translate-dən az istifadə edəsiniz.

        Cavab yaz
  • Anonim
    · 15 Noyabr 10:5650

    Beli duz deyirsen omur boyu o adlari oxuyacagiq ve deyeceyik.Cunki onlar Allahin en sevdiyi şəxslərdir.Canimiz feda onlara.ne desenizde bu ehlibeyt esqi aradan getmeyecek.mocuzedi 40 milyon insan gedib bu il Kerbelaya Ərbəin ziyaretine.Iraq kimi coxda inkisaf etmemis bir olke onlarin ehtiyaclarini qarsilaya bilib.insanlara pul versen ele eziyyetle getmezler o qeder yolu.ama Agaya olan esqe baxki hamisi sovqle,sikayet etmeden gedirler o yolu.Onun heremini gormek her seye deyer.Allah butun isteyenlere nesib etsin!

    Cavab yaz
    • Anonim
      .. · 15 Noyabr 13:5700

      Amin ibweAllah!

      Cavab yaz
    • Anonim
      .. · 15 Noyabr 13:5940

      InweAllah yazacaqdim .Qismet ola gedek.oralara.Yutubda bizimkilerin Erbein ziyareti var.Nece temteraqlidir.!

      Cavab yaz
      • Anonim
        .. · 15 Noyabr 18:5010

        Moder ,,adsiz bedbexte,, yazdigimi verin.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.