Maraqlı

Uşaqlarınızı bu oyundan uzaq tutun - Azyaşlılar TƏHLÜKƏDƏ

15 Noyabr 2017 01:30
0 Şərh     Baxış: 2 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər arasında sürətlə yayılan və dünya çapında yüzlərlə intihar hadisələri ilə əlaqələndirilən "Mavi balina" adlı oyun can almaqda daavm edir.

Milli.Az xəbər verir ki, oyunun yaradıcısı 3 il həbs cəzasına məhkum edilsə də, oyunun səbəb olduğu ölümlər hələ də səngimək bilmir.

Bu oyuna qatılan insanlardan əksəriyyəti şiddəti təbliğ edən 50 təlimatı yerinə yetirmələri tələb olunur. 50 gün müddətində tabe olunması lazım olan bu əmrlər arasında dərin olmamaq şərtilə qol və ayaqların kəsilməsi, müəyyən bir müddət ərzində heç kimlə görüşməmək, yüksək səslə musiqi dinləmək kimi mərhələlər yer alır.

50-ci gündə isə oyunçuya son mərhələ olan yüksəklikdən tullanaraq, yaxud özünü asaraq intihar etməsi əmri verilir.

"Mavi balina" oyununda idarəçi mövqeyində olan insanların şəxsi bilgilərini ələ keçirdikləri qurbanlarına şantaj da edildiyi bildirilib. Onlar bu yolla insanları oyunu davam etdirməyə zorlayırlar.

Oyun, əsasən, sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə yayılır.
Hindistanda yaşayan 22 yaşlı Aleksandr adlı bir oğlan intihar oyunundan qardaşının polisə müraciət etməsi ilə qurtulub.

"Mavi Balina" oyunu ilə "Votsap" proqramında tanış olan Aleksandr oyun haqqında bilgilərini bölüşüb:

"Mavi Balina" telefona yüklənən bir tətbiq deyil. Oyun link vasitəsilə, insanların bir idarəçi tərəfindən yönləndirilməsi ilə oynanılır. İdarəçi tərəfindən verilən vəzifələrin gecə yarısından sonra həyata keçirilməsi əmr edilir. İlk günlər şəxsi bilgilər və fotolar paylaşılır və bunlar idarəçi tərəfindən toplanır".

Aleksandr 50 mərhələ içində ən məşhuru olan vəzifəni necə yerinə yetirdiyindən də danışıb:

"Məzarlığa gecə yarısı gedib selfi çəkdirdim və fotonu sosial mediada paylaşdım. Hər gün tək başıma qorxu filmləri izləmək məcburiyyətində idim. Bu şərtin məqsədi qurbanları qorxuya alışdıraraq yaşamağa öyrətmək idi. Bu tam anlamı ilə bir ölüm tələsidir... Çox ağrı verən bir təcrübə idi. Oyuna qatıldıqdan sonra insanlarla danışmağı tərgitdim və otağıma qapandım. Oyundan çıxmaq istəsəm də, bacara bilmədim".

Aleksandrın yaşadığı evə polis gələn zaman o, bıçaqla qoluna balıq cizgisi çəkirmiş.

Ölüm hadisələrinin son aylarda şiddətlə artdığı Hindistanda 17 yaşlı bir qız intiharın bir addımlığından geri qaytarılıb. Oyuna telefon vasitəsilə qoşulan qız polisə vəzifəni yerinə yeritmədiyi təqdirdə anasının öləcəyini bildirib.

2015-ci ildə Rusiyada başlayan bu cərəyanın qurbanlarının əksəriyyəti 18 yaşdan aşağı uşaqlar olur. Çünki onları idarə etmək daha asandır.

Lakin illər keçdikcə bu yaş aralığı da artmağa başlayıb. Argentinada özünü su tankından ataraq intihar etmək istəyən 22 yaşlı bir qızın istəyi polis müdaxiləsindən sonra baş tutmayıb.

Mütəxəssislər və psixoloqlar bu növ oyunların virtual aləmdə sürətlə yayıldığını və azyaşlılara ciddi təsir göstərdiyini bildirib. Onlar bu cür ciddi halların qarşısını almaq üçün xüsusilə azyaşlıların intenetdən istifadəsinə nəzarət etmək və real həyata bağlı şəkildə tərbiyə etmək lazım olduğunu tövsiyə ediblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.