Maraqlı

ABŞ-a köçən azərbaycanlı jurnalist qabyuyan işləyir - FOTO

13 Noyabr 2017 13:34
36 Şərh     Baxış: 27 834

Zaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır ABŞ-da yaşayan A.Talıbova orada qabyuyan işlədiyini və bunu əks etdirən fotoşəklini yayıb.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, Aynur Talıbova işindən çox məmnun olduğunu deyib.

"Nəyə görə qabyuyan işləmək utancverici olmalıdır?! ABŞ böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, ABŞ-ın Virciniya ştatında qab yumaq məsləhətdir", - o bildirib.

A.Talıbovanın sözlərinə görə, ona qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

"Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacağam", - deyə keçmiş telejurnalist zarafatından da qalmayıb.

Aynur Talıbova ABŞ-da yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib: "Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm".

Qeyd edək ki, əvəllər "Lider" və "ANS" telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Baki · 13 Noyabr 13:39532

    Gor ne gune galib ki, gab yumagini da Reklam edib Gundemde galmag isteyir. No olduuuuu ???? Hec kesin Yadina da dushmursen ....

    Cavab yaz
    • Anonim
      feminist · 13 Noyabr 14:2970

      Zarafat edir...

      Cavab yaz
  • Anonim
    İka.e · 13 Noyabr 13:48728

    Ad olsun ki Amerikanın Vircınoya ştatında yaşayıram...Qab yuyan idinse Azerbaycanlıların qablarını yuyardında,daha TV'de jurnalistlik niye erdirdin ?!sonrada Tv'ni pisleyirsen...

    Cavab yaz
    • Anonim
      Nar · 16 Noyabr 00:1800

      Zato Amerikada yashayir. Orda hech ne ayib deyil

      Cavab yaz
  • Anonim
    Modere · 13 Noyabr 13:5950

    Şerhimi verin eziz moder saytdan soyutmayın adamı ele bi şey yazmamışam

    Cavab yaz
  • Anonim
    Tebiet · 13 Noyabr 14:05390

    Məncə zarafat edir, bəlkə də öz mətbəxində qab yuyur. Və əgər doğrudusa da adi baxıram. Pis işlərlə məşğul olmaqdansa qabyumaq şərəflidi, əlinə əlcək kećirib başını aşağı salıb sakitcə yuyursan. Burda pis heçnə yoxdu.

    Cavab yaz
    • Anonim
      .. · 13 Noyabr 18:4991

      Salam.Tebiet x.Zarafat edir ,elbette.Bunun apardigi bir veriliw vardi,,Bura Azerbaycandir,,.Olkemizi qariw qariw gezib Azerbaycan bolgelerinin adet enenesile insanlari taniw edirdi.Cox savadli xanim idi.

      Cavab yaz
      • Anonim
        Tebiet · 13 Noyabr 21:0650

        Salam, xoş gördük. Bəli yadımda, ailəlikcə oturub maraqla baxırdıq, savadlı xanım idi, maraqlı da aparırdı.

        Cavab yaz
  • Anonim
    kate · 13 Noyabr 14:0731

    yalan deyir

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 Noyabr 14:12211

    Amerikada qabyumagln saatl 10-15 dollardl.Bizde vererler o pulu yusa?/iwlemek ayib deyil

    Cavab yaz
    • Anonim
      leyla · 13 Noyabr 16:5211

      AYDINLIYA...10$ saati qabaq yumaq isi 15$yox.

      Cavab yaz
      • Anonim
        Aydlndl · 13 Noyabr 20:4810

        Werhunden nese bawa duwdumse dawa donum/Hem de sen hemin leylasansa sene demiwdim axl mene yazma

        Cavab yaz
      • Anonim
        sara · 14 Noyabr 15:4910

        cox savadli wurnalist idi

        Cavab yaz
  • Anonim
    HN · 13 Noyabr 14:42271

    Kiminsə ayaqqabısını yumur ee, adi qab Yuyur qab qab..

    Cavab yaz
  • Anonim
    Cassious · 13 Noyabr 15:01421

    Amerikada en awagi maaw saati 8 dollardir. Burda ozunu agilli gosterib kimise qinayanlara demek isteyiremki gozunuzu acin dunyaya yaxwi yaxwi baxin. Qabyuyan gunde 8 saat iwlese saati 8 dollardan gune 64 dollar ( 108 AZN ) edir. Iki gune bizim 20 il staji olan muallim qeder maaw alirlar. Ona gore deyirki burda qab yuyan iwemek daha yaxwdi

    Cavab yaz
    • Anonim
      MR · 13 Noyabr 15:58120

      Cassious-nun fikri ilə tam razıyam.

      Cavab yaz
      • Anonim
        XXXX · 13 Noyabr 21:41370

        Cassious vergiler ne gederdi? onlardan da yaz zehmet olmasa? meselen gelir vergisi, emlak vergisi ve sair

        Cavab yaz
        • Anonim
          Cassious · 14 Noyabr 08:3901

          Her wtata gore deyiwir. En cox vergi Atlantik okeani sahilinde yerlewen wtatlardadi. Amerikanin merkezine dogru getdikce vergiler ve elece de gelirler azalir. Vergisi cox olan wtatlarda ise tebii ki,gelirde yuksekdi. Texminen ayliq qazancin 25-30 % arasi deyiwir. Vergilerin cox olmasi sizi aldatmasin. Gelire gore hec hir cetinlik yaranmir.

          Cavab yaz
          • Anonim
            XXXX · 14 Noyabr 13:0610

            Cetinlik yaradir, bir ailede 4 neferse ve onlardan ikisi usagsa, isleyense bir neferse ve vergiler 30-35% se onda olur ele kohne hamam kohne tas. demek istediyim, ya vetende az maas alib yasadin, ya da amerikada cox alib cox vergi verdin sonu eynidir. azteminatli aile olursan.

            Cavab yaz
    • Anonim
      leyla · 13 Noyabr 16:5842

      Bura gelenden sonra bezileri AZERBAYCANI tanimaqda istemir.bele adamlar cox iki uzludurler...ayaqlari bura deynen kimi vetenini pisleyirler.Burda iside olsa pul DA olsa insanin qelbi hec vaxt sevinmir..

      Cavab yaz
    • Anonim
      mlk · 13 Noyabr 17:3731

      sukr bir beyni ile dusunen cixdi cox sagolun yeni

      Cavab yaz
  • Anonim
    Famil · 13 Noyabr 16:0370

    Cassious halaldı sizə.Cox duz və məntiqli cavab.

    Cavab yaz
  • Anonim
    Anonim · 13 Noyabr 16:19120

    Qab yumaq məyer pis di ki

    Cavab yaz
  • Anonim
    ````````` · 13 Noyabr 16:31200

    Üerhci deyir qab yumaq idise Azerbaycanda qab yuyardinş. Azərbaycanda qab yuyan 24 saat da yusa 10 manat verecekler, orda hem maaş çox həm də heyatdan zövq alıb yaşayır. Bir də qab yumaq heç də pis iş deyil, bacaran üçün təmiz işdi.

    Cavab yaz
  • Anonim
    leyla · 13 Noyabr 16:4630

    Bes ne burda gelib njuyork timsda wurnalist olmayagaq ki. Burda hekim putsa satir. Ele bilirler Amerikada agaclardan dollar sallanib gelubler yigsinlar.

    Cavab yaz
  • Anonim
    emil · 13 Noyabr 18:23182

    ne olsun oz alın tarıyla halal puunu qazanır bakıda işlasa guna 5 manat veracaklar amma orada saatına 11 dolar ela da pıs deyıl şarafli iş edir bazıları kımı asan pul gazanmır mın fırıldagla

    Cavab yaz
    • Anonim
      haqq elcisi · 13 Noyabr 19:4290

      Halal olsun

      Cavab yaz
  • Anonim
    Sahib · 13 Noyabr 19:2710

    Səyyahım Qərbə son Səyahəti........

    Cavab yaz
  • Anonim
    Dinar · 13 Noyabr 19:33150

    Burda hec bir utancverici bir şey yoxdur. Öz zəhməti ilə ailəsinə kömək edir. Yoxsa bəzi qadınlar kmii-qadın adına ləkə gətirməkdənsə qab yumaq küçə süpürmək və s.daha məqsədəuyğundur.

    Cavab yaz
  • Anonim
    Dinar · 13 Noyabr 19:35150

    Öz halal zəhməti ilə ailəsini dolandıran xanımlara halal olsun!

    Cavab yaz
  • Anonim
    Anonim · 13 Noyabr 19:58151

    Burda ki Afet kimi araqatan jurnalistlerde buna baxib ders gotursunler.

    Cavab yaz
  • Anonim
    nermin · 14 Noyabr 08:2500

    men inanmiram

    Cavab yaz
  • Anonim
    Seymur · 14 Noyabr 09:0400

    AzTve-ye donmusuz......bu qeder yalan melumat hardandi ??

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Noyabr 09:1255

    Men razilasmiram kim qinayir qinasin qerib olkede qab yumaqin boyuk mebleqi olub yasamaqdansa oz olkemde acindan olerem.5 il Ali mektebe ayaq doyursen 11 ilde orta mektebde elaci olursan ki, axirda gedib hansisa okeanin o tayinda milletin yediyi qablari yuyasan???? Zarafat edirese zarafatida yaxsi seslenmir harda olur olsun olkemizi teriflemelidi.....Cun ki doqulduqu boya basa catdiqi buradi ora deyil/

    Cavab yaz
  • Anonim
    Oxucu · 14 Noyabr 10:3922

    Zarafatı heç kim tuta bilmədi? Öz evinin mətbəxidir.

    Cavab yaz
  • Anonim
    ....!!!!!!!!!!!!! · 14 Noyabr 21:3811

    Bir də görürsən ki,biri rayondakı 2 mərtəbəli evinin qapısına qıfıl slıb köçür xutordakı iç-içə bir daxmaya.( Ev demək plmaz. Çünki darısqal, hər tərəfdən dəüfunət iyi gəlir)Rayona gələndə arvad şalvarda,sarı saçda, uşaq şotikdə...Hələ ləhcəsini də dəyişib deyir ki Bakıda yaşayırııııqqqqq.Bu xanım da Amerikada elə məhəlləyə köçüb dəəəəə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.