Maraqlı

Eynşteyni dahi edən ƏSL SƏBƏB

17 Noyabr 2017 23:30
2 Şərh     Baxış: 2 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prinston Universitetinin professoru, nəzəri fizikaçı Robbert Dijkqraf bir məqaləsində Albert Eynşteyni digər elm adamlarından fərqləndirən xüsusiyyətləri izah edib.

Milli.Az xəbər verir ki, o, Eynşteynin sehrli toxunuşları olduğunu bildirib:
"Eynşteyn gerçək bir dahi idi və bir elm adamı olaraq hamımız üçün örnək idi. O, uşaqkən belə çox fərqli bir düşüncə üslubuna malik olub. Onun xəyal dünyası onun haqqında önəmli şeylər deyirdi. Mənə görə, onun sehrli bir toxunuşu olub.

Elm adamı olaraq ən sevdiyi düşüncə tərzi fikirləri sınaması olub. Bunu ümumi nisbilik nəzəriyyəsini kəşf etdiyi anı xatırlayarkən açıqlamışdı. O, bir binanın damındakı işçiləri izləyirdi. Birdən işçilər yıxılarsa, nə baş verəcəyini təxmin etməyə başladı. Və fərqinə vardı ki, onlar aşağı yıxılsalar, yerin cazibə qüvvəsini hiss etməyəcəklər. Bir yolla bu hadisədən nəticələr çıxardı və ümumi nisbilik nəzəriyyəsini kəşf etdi. Eynşteyn o anları həyatının ən xoşbəxt zamanı kimi xatırlayırdı.

Sonra məni fərdi rahatlığıma qovuşduran bir şey söylədi: Xəyal gücü bilgi diyircəyindən çox daha önəmlidir. Çünki bilgi toplusu bildiklərimizi təsvir edir. Xəyal gücü isə gələcəkdə bilə biləcəyimiz hər şeydir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.