Maraqlı

14 yaşında ölən model gününə 8 dollar qazanırmış - FOTO

30 Oktyabr 2017 13:57
3 Şərh     Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib.

Milli.Az Mirror-a istinadla bildirir ki, fasiləsiz işləməkdən ölən modelin gündəlik qazandığı məbləğ açıqlanıb. Onun gününə 8 dollar qazandığı məlum olub.

Qızın ölümünə səbəb onun tükənməsi olub. Belə ki, meningit xəstəliyi olan qız həddindən artıq işlədilib və o, gün ərzində cəmi bir neçə saat dincələ bilib. Vlada Dzyuba Çinin moda agentliyi ilə 3 aylıq müqavilə imzalayıb və gün ərzində 13 saat işləyib.

Qeyd edək ki, Şanxayda podiuma çıxmağa hazırlaşan modelin hərarəti qalxıb, huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vlada 2 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Azyaşlı model xəstəxanada dünyasını dəyişib

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.