Maraqlı

14 yaşında modellik etdirilən qız öldü - "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" - FOTO

28 Oktyabr 2017 10:35
3 Şərh     Baxış: 12 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib.

Milli.Az Mirror-a istinadla bildirir ki, Şanxayda podiuma çıxmağa hazırlaşan modelin hərarəti qalxıb, huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vlada 2 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Azyaşlı model xəstəxanada dünyasını dəyişib.

Vladanın son sözləri: "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" olub.

Həkimlər bildiriblər ki, qızın ölümünə səbəb onun tükənməsi olub. Belə ki, meningit xəstəliyi olan qız həddindən artıq işlədilib və o, gün ərzində cəmi bir neçə saat dincələ bilib.

Rusiya mətbuatında qeyd olunan məlumata görə, Vlada Dzyuba Çinin moda agentliyi ilə 3 aylıq müqavilə imzalayıb və gün ərzində 13 saat işləyib.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.