Maraqlı

Polestar-dan 600-güclü hibrid - FOTO

18 Noyabr 2017 21:05
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər İsveçin Volvo şirkətinin tüninq-atelyesi olmuş yeni avtomobil brendi Polestar rəsmi surətdə ilk modelinin - 600-güclü hibrid kupe Polestar 1-in (Polestar One) sirrini açıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, hazırda istehsalçı modelin texniki göstəriciləri barədə informasiya yaymayıb. Məlumdur ki, kupe Polestar 1-in Electric Performance Hybrid adlı hibrid güc qurğusunun ümumi gücü 600 a.g.-dür. Fırlanma anı 1000 Nm-dir.

Şirkətdən, həmçinin bildiriblər ki, kupe Polestar 1 (Polestar One) təkcə elektrik gücü ilə 150 km məsafə qət edə bilir. Avtomobilin dinamik xarakteristikası barədə heç bir məlumat verilmir. Qeyri-rəsmi məlumata əsasən, avtomobil 2,0-litrlik mühərriklə və 2 ədəd elektrik mühərriki ilə təchiz edilib.

Güman edildiyi kimi, yeni hibrid kupe Polestar 1-in təməlində Volvo şirkətinin Scalable Platform Architecture (SPA) platforması dayanıb. Yenilik Öhlins şirkətinin istehsalı olan fəal asılqan CESi ilə təchiz edilib. Bu asılqanın əsas cəhəti ondan ibarətdir ki, onun hər bir dayağı sərtliyin mərhələsini sürmə üslubundan və yol şəraitindən asılı olaraq dəyişir.

Yeni avtomobil brendinin nümayəndələri bildiriblər ki, kupe Polestar 1-in platformasının komponentinin 50 faizi şirkətin öz mütəxəssisləri tərəfindən hazırlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.