Maraqlı

Toyota hidrogenli konsept təqdim etdi - FOTO

18 Noyabr 2017 23:05
0 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio-2017 Beynəlxalq avtosalonun başlanmasına bir neçə gün qalmış Yaponiyanın  Toyota Motor şirkləti rəsmi olaraq növbəti yeniliyin - futuristik hidrogenli Toyota Fine-Comfort Ride Concept-in sirrini açdı.

Milli.Az auto.az-a istinadən bildirir ki, Toyota Fine-Comfort Ride Concept kifayət qədər qeyri-adi eksteryer dizaynına malik olsa da, yapon şirkəti praktikliyi də unutmayıb. Məsələn, prototip sürüşmə arxa qapılar alıb.

Altı yerli konsept Toyota Fine-Comfort Ride-ın banının qabarit uzunluğu 4830 mm, eni 1950 mm, hündürlüyü isə 1650 mm-dir. Oxlar arasında məsafə 3450 mm-dir.

Şirkətdən bildiriblər ki, konseptin birinci və ikincı sıra oturacaqlar sırası bir-birinə tərəf fırlana bilər. Hətta sürücü oturacağı da bu funksiya ilə təchiz edilib. Bu da avtonom idarəçilik sisteminin mövcudluğuna işarə edir.

Konsept Toyota Fine-Comfort Ride-ın qabaq panelində böyük sensorlu monitor yerləşdirilib. Daha bir sensorlu ekran isə sükana birləşdirilib. Bundan əlavə, avtomobilin pəncərələri də displey rolunu oynaya bilərlər.

İstehsalçının sözlərinə görə, konseptual model Toyota Fine-Comfort Ride hidrogen yanacaqla işləyən güc qurğusu ilə təchiz edilib. Prototipin texniki göstəriciləri barədə yapon markası məlumat vermir. Məlumdur ki, konsept Toyota Fine-Comfort Ride tam dolu yanacaqla 1000 km məsafə qət edə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.