Maraqlı

Planetləri udan qatil ulduz aşkarlandı - VİDEO - FOTO

26 Oktyabr 2017 13:11
4 Şərh     Baxış: 3 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dakı Prinston Universitetinin alimləri unikal ikiqat ulduzu aşkarlayıblar. Bu ulduz indiyədək 15 planeti "udaraq" məhv edib.

Milli.Az Science-a istinadən bildirir ki, HD 240430 və HD 240429 adlı bu səma cisimlərinə qədim yunan əsatirlərindəki Kronos və Kriosun adları verilib.

Kronos tanrısı öz övladlarını yeyirdi. Krios isə Kronosun qardaşı idi.

"Sarı cırtdan" və "qatil ulduz" sayılan Kronos planetimizin yaxınlığında, "cəmi" 350 işıq ili məsafəsindədir.

Prinston Universitetinin astrofiziki Semah Ohun dediyinə görə, metallarla zəngin kimyəvi tərkibə malik Kronsda süxur formalaşdıran mineralların miqdarı da yüksəkdir.

Aparılmış spektral analiz ulduzun kimyəvi tərkibində maqnezium, alüminium, qurğuşun, silisium, dəmir, xrom və ittrium da boldur.

"Kiçik qardaş"ı Krionsla birlikdə Kronosun yaşı ən azı 4 milyard ildir. Alimlərin dediklərinə görə, 1980-ci ildən bəri Günəşəbənzər ulduz Kronos ətrafındakı 15 planetin hamısını udaraq məhv edib.

Həmin planetlərin ən kiçiyi Yer boyda olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Planetləri udan qatil ulduz aşkarlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.