Maraqlı

Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR

22 Oktyabr 2017 20:42
14 Şərh     Baxış: 21 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın plastik cərrahları dünyanı heyrətə salmağa davam edir.

Milli.Az xəbər verir ki, ölkənin paytaxtı Seulda yerləşən estetik mərkəzdə çəkilən görüntülər bunun ən dəqiq sübutudur. 29 yaşlı amerikalı fotoqraf Ji Yeo koreyalı qadınların estetik əməliyyatdan əvvəl və sonrakı hallarını lentə alıb. Estetik mərkəzində çəkilən fotolar sosial şəbəkələrdə sürətlə yayılıb. Plastik əməliyyatlar əsasən göz qapağı və çənə bölgələrində həyata keçirilir. Ən maraqlısı da şüşə vaza içində yığılan çənə sümükləridir.

Statistikalar göstərir ki, Cənubi Koreyada yaşı 19 və 49 olan qadınların 20 faizi plastik əməliyyat etdirib. Qadınların əksəriyyəti o qədər dəyişir ki, onları tanımaq mümkün olmur. Ona görə də əməliyyat üçün Koreyaya üz tutan çinli qadınları çox vaxt ölkəyə buraxmırlar.

Bu problemin qarşısını almaq üçün klinikalar xəstələrə xüsusi sertifikat təqdim edir. Hansı ki, burada da xəstələrin əvvəl sonrakı şəkilləri təsvir edilir.

Yeri gəlmişkən, 2001-ci ilə qədər Çində plastik əməliyyat qadağan edilib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.