Maraqlı

Ukraynada "Kainat gözəli" Yanna seçilib - FOTO

19 Oktyabr 2017 14:18
1 Şərh     Baxış: 2 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müğənni Afaq Aslan, Ukraniyada keçirilən gözəllik yarışmasında birincilik qazanıb. O, "Miss vselennaya 2017" (Kainat gözəli - 2017) seçilib".

Bu xəbər Azərbaycan mediasında dolaşır.

Ukraynanın paytaxtı Kiyevdə "Miss Vselennaya Ukraina 2017" gözəllik müsabiqəsi avqustun 10-da keçirilib.

Milli.Az TSN-ə istinadən bildirir ki, 11-ci müsabiqənin Kiyevdəki "Fairmont Grand Hotel"in "BallRoom" zalında təşkil olunmuş finalında 18 yaşlı Yanna Krasnikova qalib gəlib.

Məşhur şoumen Aleksandr Skiçko və İnstagram ulduzu Mariya Littinin aparıcılıq etdikləri şouda tacı Y.Krasnikovaya ötənilki müsabiqənin qalibi Alyona Spodınyuk təqdim edib.

İlk beşlikdə 22 yaşlı Rimma Mkrtçyan (Kropivnitski şəhəri) 26 yaşlı Kristina Xomçenko (Zaporojye), 23 yaşlı Veronika Şerstyuk (Kiyev) və 21 yaşlı Karina Komışnaya (Kiyev) də yer almışdılar.

Avqustun 10-da olmuş şoudan fotoları təqdim edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.