Maraqlı

"Bu qədər oxşarlıq ola bilməz" - FOTO

17 Oktyabr 2017 21:48
2 Şərh     Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Özge Özpirinçci yeni çəkildiyi "Kadın" serialının təqdimetmə mərasiminə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecəyə ağ köynək və qara şalvarda gedən Özgeni dünya ulduzu, mərhum Maykl Ceksona bənzədiblər.

Mərasimdə çəkilən foto sosial şəbəkədə yayıldıqdan sonra izləyicilər belə şərhlər yazmağa başlayıblar:

"Bu qədər oxşarlıq ola bilməz", "Görəsən, nə əməliiyat etdirib ki, bu qədər Maykl Ceksona bənzəyir", "Şok oldum", "Bu, doğurdan da Özgedir, ya Maykl Cekson?".

Qeyd edək ki, mövzusu Yaponiyanın "Women" serialından  götürülən ekran işində iki gənc qızla həyat yoldaşını gənc yaşda itirən qadının həyatından bəhs edəcək. Ekran işinin Özpirinçcidən başqa baş rollarını aktyorlar Caner Cindork və Bennu Yıldırım canlandıracaq.

Hələ ki yayımlanacağı kanal gizli saxlanılan serialın yaradıcı heyəti böyük uğurlara imza atacaqlarına inanırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.