Maraqlı

Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq

17 Oktyabr 2017 17:55
6 Şərh     Baxış: 3 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti yüz il ərzində Günəşdə bütün dünyanın enerji sisteminin işinə təsir etmək gücündə olan "super partlayış" baş verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qənaətə Harvard universitetinin bir qrup alimi gəlib.

Qeyd olunur ki, bu partlayış peyklərin sıradan çıxmasına və internetin dayanmasına gətirib çıxara bilər.

Günəşdəki partlayış nəticəsində Yerdə baş verəcək texnogen qəzaların insan ölümlərinə də səbəb ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu il Günəşdə X gücündə yüksək dərəcəli rentgen partlayışı yanvarın 8-də baş verib. Daha sonra güclü partlayışlar silsiləsi Günəşdə sentyabrın 4-dən baş verib və bir neçə gün davam edib.

Günəşdə partlayışdan sonra yaranan maqnit qasırğalarının meteohəssas insanlara da pis təsir etməsi məlumdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.