Maraqlı

DokuBaku festivalında maraqlı göruşlər və filmlər - FOTO

17 Oktyabr 2017 17:35
Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 oktyabr DokuBaku festivalında Petter Mettlerin "Zamanın sonu", Leona Goldsteinin "Tanrı Bazarları İşləmir!" və Martin DiCicco-nun "Açılmayan Pəncərənin Önündən Keçənlər" filmləri göstərilmişdir. Eləcə də rejissor Erik Gandinin ustad dərsi keçirilmişdir.

Milli.Az xəbər verir ki, Mettler "Zamanın sonu" filmində zaman duyğumuzu araşdırıb, indiki zamanın möcüzələri arasından, gələcəyin filmini göstərməyə cəsarət etmişdi.

Leona Goldsteinin "Tanrı Bazarları İşləmir!" sənədli filmini Bakı publikasına filmin prodüseri Veronika Janatkova və  "Equals" platformasının təmsilçisi Nəzakət Əzimli təqdim etdilər. Bu film Ruanda və ümumiyyətlə dünyada yaşayan bütün qadınların fərdi və icma səviyyəsində birbaşa fəallığa çağırışlarını əks etdirirdi.

Martin DiCicco-nun "Açılmayan Pəncərənin Önündən Keçənlər" günün son göstərilən filmi oldu. Filmin müzakirəsini Araz Zeyniyev aparmışdı.

Erik Gandini ilə keçirilən ustad dərsdə o, öz film fraqmentləri əsasında musiqi və montajla necə işlədiyini və sənədli filmin çəkilmə metodları haqqında danışmışdı.

Günün son tədbiri DiHaj qrupunun konserti oldu.

15 oktyabr DokuBaku festivalında "Koudelka: Müqəddəs torpaqları çəkərkən" "Maşınlar" və "Arzuların imperiyası" filmləri göstərilmişdir.

"Koudelka: Müqəddəs torpaqları çəkərkən" məşhur çex fotoqrafı Josef Koudelkanın İsrail və Fələstin arasında olan divarı çəkərkən yaradılıb. Filmdən sonra Jozef Koudelkanın Bakıda keçirilən ustad dərslərində iştirak etmiş, təcrübəli sənədli fotoqraf Mirnaib Həsənoğlu tərərfindən ustad dərs keçirilmişdi.

"Maşınlar" filmində rejissor Rahul Jain Hindistanda yerləşən çox saylı tekstil fabriklərindən birindəki ağır iş rejimini lentə alıb. Filmdən sonra tamaşaçılar Nicat Qarayevlə bu filmi müzakirə etmişdilər.

Günün sonunda "Arzuların İmperiyası" filmi göstərilmişdir. Çinin daşınılmaz əmlak bazarının yüksəlişi və böhranı haqqında olan bu filmə ADA universitinin dosenti Anar Vəliyev öz şərhlərini vermişdir.

DokuBaku Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq sənədli film festivaldır. Bu festival çərçivəsində 12-20 oktyabr tarixlərində Bakıda film nümayişləri, konsertlər, ustad dərslər keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.