Maraqlı

18 il əvvəl bu kitabda yazılanlar GERÇƏKLƏŞİR - FOTO

18 Oktyabr 2017 05:30
0 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maykrosoftun qurucusu və dünyanın ən zəngin adamlarından olan Bill Qeytsin 1999-cu ildə yazdığı "Düşüncə sürətindəki iş" adlı kitabındakı təxminlərin demək olar ki, hamısı gerçəkləşib.

Milli.Az Qeytsin reallaşan təxminlərini təqdim edir.

Avtomatik qiymət müqayisə sistemi

B.Qeytsin 1999-cu ildə haqqında danışdığı bu texnologiya bu gün Quql, Amazon, Neks Taq kimi saytlarda çox rahatlıqla istifadə edilir.

Mobil cihazlar

"İnsanlar harada olsalar da, kiçik cihazlarla işlərini, uçuş saatlarını idarə edəcək, xəbərləri oxuyacaq, maliyyə dəyişikliklərini izləyə biləcəklər" - deyə B.Qeyts illər əvvəl kitabında yazmışdı. İndi üzərimizdəki telefon və saatlar məhz bu işləri həyata keçirə bilir.

İnternetdən mühasibatlıq və sağlamlıq məlumatlarının idarə edilməsi
Düzdür, səhiyyədə elektron sistemlərdən istifadə istənilən səviyyədə deyil. Lakin internet vasitəsilə həkimin seçilməsi, müayinə vaxtının dəqiqləşdirilməsi səhiyyə sistemindəki çətinlikləri bir az azalda bilib.

Şəxsi assistentlər

B.Qeytsin "e-maillərinizə sizin üçün nəzarət edəcək, istədiyiniz məlumatı sizə çatdıracaq, hazırlayacağınız yemək üçün lazım olan ərzaqların siyahısını müəyyən edəcək" assistentlər ideyası son illər Quqlun layihələrindən biridir. Bundan başqa, "Nest" kimi ağıllı cihazlar da gündəlik işlərinizi qeydə almaqdan evin temperaturunu müəyyən etməyə qədər bir çox işlərdə köməklik edir. Quqlun inkişaf etdirdiyi səsli texnologiya ilə "eviniz" sizə e-maillərinizi oxuya bilər.

Sosial media

"Vebsaytlar ailə və dostlarınızla söhbətləriniz, tədbirlərinizi planlamağınıza kömək edəcək. Ölkələr təhlükəsizlikdən şəhər planlaşdırmasına qədər hər şeyi internetdə müzakirəyə çıxaracaq" - bu məsələ də B.Qeytsin kitabında qeyd edilib.

Bu gün istifadəçilərinin sayı 2 milyarda çatan Feysbuk və İnstaqram, Votsap, Mesencer Qeytsin yazdıqlarının gerçəkləşməsinə real nümunədir.

Avtomatik tətil rezervləri

B.Qeytsin bu məsələdə demək istədiyi məqam budur ki, gedəcəyiniz ölkəyə rezerv edərkən, digər tətil xidmətləri, endirimlər barədə məlumat ala biləcəksiniz. Bu gün artıq bütün turizm şirkətlərinin saytlarında bu imkanlar var.

Ağıllı reklamlar

"Cihazlar sizin alış-veriş istəklərinizi bilib, ona görə reklam göstərəcək". B.Qeytsin dediyi bu yeniliklə biz hər gün Quql və Feysbukda qarşımıza çıxan reklamlarla çoxdan tanışıq. Hətta həmin alış-veriş saytlarının reklamlarından bezmişik.

Məhsul yerləşdirmə

B.Qeytsin bu qeydi isə artıq sosial şəbəkə və televizorlara çoxdan ayaq açıb. Televizorda serial və ya idman yarışları izləyəndə, İnstaqramda şəkil paylaşanda bizi yeni məhsula yönləndirən reklamlara alışmışıq.

Onlayn iş tapmaq

"İnsanlar ancaq öz maraqlarına, peşələrinə və ehtiyaclarına uyğun iş fürsətləri tapa biləcəklər" - deyə, B.Qeyts 1999-cu ildə yazdığı kitabda belə qeyd edir. Bu gün "Linkedin" bu məsələdə öncüllərdəndir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.