Maraqlı

Yeni onlayn təhsil proqramı hazırlandı

17 Oktyabr 2017 08:01
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak yeni "Woz U" onlayn təhsil proqramını istifadəyə verib. Proqram texniki təhsilin mənimsənilməsində müxtəlif insanlara yardımın göstərilməsini nəzərdə tutur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Woz U" saytına görə, servis texnoloji sahədə karyera seçimi ilə yanaşı, İT şirkətlərinə yeni əməkdaşların təlimi üçün resurslardan istifadəyə imkan verəcək. Söhbət ilk növbədə proqram təminatı tərtibatçısı, mühəndis və s. kimi peşələrin nümayəndələrindən gedir.

Bildirilir ki, giriş kurslarından platforma istifadəçiləri pulsuz yararlana bilsələr də, gələcəkdə təlimin ödənişli olacağı gözlənilir. Kursların qiyməti barədə hələlik məlumat verilmir.

"Apple" şirkəti "iTunes U" adlı oxşar təhsil platformasına malikdir. Servisə artıq minlərlə təhsil müəssisəsi, o cümlədən dünyanın ən nüfuzlu ali təhsil ocaqları (Oksford, Kembric universitetləri, Massaçusets Texnologiya İnstitutu) qoşulub. Bölmədən yüz mindən çox ABŞ tələbəsi aktiv şəkildə istifadə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.