Maraqlı

Məktəblilərə qul olmağı təklif etdilər

12 Oktyabr 2017 23:47
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Feniks (Arizona ştatı) şəhərində ibtidai məktəb 14 yaşlı qul haqqında "Flight to Freedom" kompüter oyununu hazırlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, oyun məktəblilərin təlimi üçün yaradılıb.
Kompüter oyununun layihəsinin təsvirində deyilir ki, "Flight to Freedom" ABŞ tarixinin müxtəlif dövrlərinə aid macəraların yer aldığı multimedia layihəsidir. Layihədə həmçinin 1848-ci ildəki proseslər təsvir olunur. Bu hissədə məktəblilərə tarladan qaçmağı fikirləşən 14 yaşlı qul - Lyusya rolunda oynamağı təklif edirlər.
"Bu hər hansı oyun deyil, köləliyin təzahürüdür. Bu, yolverilməzdir, o zaman baş verən dəhşətlərdən söhbət gedir", - hüquq müdafiəçisi Riçard Kryus bildirib.
Hüquq müdafiəçiləri və məktəblilərin valideynləri oyundan istifadənin dərhal qadağan edilməsini tələb ediblər. Onların fikincə, "Flight to Freedom"un əsas problemi ABŞ-da köləliyi bir norma kimi nümayiş etdirməsidir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.