Maraqlı

"Eurovision" birincisi BMT-nin səfiri oldu

12 Oktyabr 2017 20:20
1 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2016" mahnı müsabiqəsinin qalibi Camala Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya komitəsinin xoşməramlı səfiri təyin edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Camala xoşməramlı səfir kimi insan alverinə qarşı aparılan qlobal mübarizəyə qatılacaq.

Müğənninin müasir köləliyə qarşı keçiriləcək informasiya kampaniyasında yer alacağı və bu problemlə bağlı klipdə də çəkiləcəyi bildirilir. Klip 18 oktyabr "Avropa Birliyi insan ticarəti İlə mübarizə günü"ndə Ukrayna televiziyasında yayımlanacaq.

Xatırladaq ki, Camala 20016-cı ildəki müsabiqədə Krım tatarlarının deportasiya və nənəsinin yaşadığı faciədən bəhs edən "1944" adlı mahnı ilə Ukraynanı təmsil etmiş və 534 xalla birinci olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.