Maraqlı

Portretlər canlanacaq - VİDEO

14 Oktyabr 2017 08:59
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tel-Əviv Universitetindən olan alimlər qrupu ilə "Facebook" sosial şəbəkəsinin nümayəndələri tərəfindən hazırlanmış alqoritm şəkil və insan portretlərini canlandırmağa imkan verir.

Hazırda insanın mimikası və hərəkətləri haqda məlumatlar toplayaraq onları rəqəmli şəklə keçirməyə, bundan sonra isə başqa insan və ya personajın üçölçülü modelinə daşımağa imkan verən müxtəlif metodlar mövcuddur. Adətən belə məlumatlar insanın bədəninə bərkidilmiş kameralar üçün çoxsaylı markör və ya xüsusi datçiklərin köməyi ilə toplanılır. Filmlərdə kompüter qrafikasından istifadə zamanı məhz belə yanaşmadan istifadə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, İsrail alimləri tərəfindən təklif edilmiş texnologiya insan şəklini canlandırmağa imkan verir. İş prosesində alqoritm videodakı insanın mimikasını şəklə daşıyır və yekun nəticənin daha real görsənməsi üçün proqram, həmçinin animasiyalı təsvirə müəyyən detallar əlavə edir.

Alimlərin fikrincə, təklif edilmiş texnologiya "Facebook" sosial şəbəkəsində profil üçün animasiyalı şəkillərin yaradılmasında istifadə edilə  bilər. Həmçinin belə şəkil layk və digər reaksiyalara müvafiq şəkildə reaksiya verəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Portretlər canlanacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.