Maraqlı

Bu avtomobillər düşüncə gücü ilə hərəkət edir - YENİLİK - VİDEO

13 Oktyabr 2017 23:24
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijnıy Novqorod Dövlət Universitetinin elm adamları ölkədə bir ilk olan elektrikli avtomobil hazırlayıb.

Milli.Az xəbər verir ki, avtomobil fiziki məhdudiyyəti olan şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Fiziki məhdudiyyəti olan insanlar "Neyromobil" adlandırılan yeni avtomobili düşüncə gücləri sayəsində idarə edəcək. Avtomobil beyin siqnallarını oxuya bilir. Yeni cihaz eyni zamanda bu siqnalları elektrikli skriptlərə çevirən nəzarət sistemlərinə malikdir.

Avtomobil hər hansı bir qəza nəticəsində yaranan iflic və ya ömürlük zədələnmələri olan, bədənini hərəkət etdirə bilməyən insanlar üçün bir alternativ olacaq.

Bu avtomobilin ilk nümunəsi Paris Avtomobil Sərgisində məşhur avtomobil markası olan "Opel"in stendində "Opel Mind" adı ilə tanıdılmışdı. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu avtomobillər düşüncə gücü ilə hərəkət edir - YENİLİK

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.