Maraqlı

Tbilisidə futbol ulduzlarının iştirakı ilə matç keçirilib

30 Sentyabr 2017 08:32
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 29-da Tbilisidə "Milan" klubunun sabiq futbolçusu Kaxa Kaladzenin təşkilatçılığı ilə xeyriyyə matçı keçirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, matçda Kaladzenin keçmiş klub yoldaşları ilə yaxın keçmişin məşhur futbolçuları qarşılaşıb.
İştirakçılar arasında Luka Toni, Rivaldo, Andrey Şevçenko, Kafu, Françesko Totti, Ernan Krespo, Kevin Kurani, Alessandro Kostakurta, Xavyer Sanetti və başqaları olub.
Görüş dünya yığması komandasının 6:5 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları Toni (dubl), Aleksandr İaşvili, Miçel Salqado, Rivaldo, Kafu, Kurani, Totti, Georgi Demetradze, Şevçenko və Marko Delvekkio vurub.
Oyuna bilet satışından əldə olunan bütün vəsait bu yay güclü yanğınlardan zərər çəkmiş Borjomi meşələrinin bərpasına sərf olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.