Maraqlı

Azərbaycanlı qızları fahişəliyə cəlb edən şəxsdən Nazla bağlı AÇIQLAMA - VİDEO

26 Sentyabr 2017 11:39
1 Şərh     Baxış: 18 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fahişəliyə qarşı Türkiyə polisinin təşkil etdiyi əməliyyat zamanı saxlanıldıqdan sonra "Yaxşı niyyətimdən istifadə etdilər" deyən Birkanın bu sözünü lağa qoyan azərbaycanlı Naza cavabı gecikməyib.


 
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, saxlanıldıqdan sonra yenidən azad edilən bəy namizəd Birkan Key günlər sonra susqunluğunu pozub.

Sosial şəbəkə hesabından video yayımlayaraq haqqındakı iddialara cavab verən keçmiş bəy namizəd "Günlərdir narahatlığıma görə açıqlama vermirdim. Videoda da söylədiyim kimi, mənim çıxan xəbərlərlə heç bir əlaqəm yoxdur. Əgər olsaydı, indi azadlıqda olmazdım. İfadəmdə də söylədiyim kimi xoş niyyətimdən sui-istifadə etdilər" deyib.

Onunla eyni dönəmdə Zuhal Topalın evlilik verilişində  iştirak edən azərbaycanlı gəlin namizəd Nazın "Tüh, uşağın xoş niyyətini anlaya bilməmişik" sözlərinə də cavab verən Key "Kiçik beyinlərinin dərk etdiyi qədər mənə söz atmağa çalışanlara gəlincə, sizlər ancaq mənim arxamca danışa bilərsiniz" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı namizədləri fahişəliyə cəlb edən şəxsdən Nazla bağlı AÇIQLAMA

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.