Maraqlı

Dünyanın 10 ən yaxşı muzeyi - SİYAHI

25 Sentyabr 2017 23:04
0 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda yerləşən "Metropoliten-muzey" dünyanın ən yaxşı muzeyi hesab olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu "TripAdvisor" saytının reytinqinə əsasən müəyyənləşdirilib.

İkinci yerdə ABŞ-dakı digər muzey, Yeni Orleanda İkinci dünya müharibəsi Milli Muzeyi qərarlaşıb.

İlk üçlüyü Parisdəki "Orse" muzeyi tamamlayır. Çikaqonun İncəsənət İnstitutunun muzeyi dördüncü, Sankt-Peterburqdakı "Ermitaj" muzeyi beşinci yerdə qərarlaşıb.

Reytinqdə ilk onluqda Nyu-Yorkda 11 sentyabr muzeyi, Madriddə "Prado" muzeyi və Londondakı Viktoriya və Albert muzeyi, Mexikonun Milli Antropologiya muzeyi və Afinada Akropol muzeyi yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.