Maraqlı

"Bu, həm ona, həm mənə təhqirdir, belə axmaqlıq ola bilməz"

25 Sentyabr 2017 12:05
0 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 illik həyat yoldaşı Tuba Büyüküstündən boşanan aktyor Onur Saylak onun adından yazılan xəbərlərə əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor keçmiş həyat yoldaşı haqda heç bir media orqanına açıqlama vermədiyini deyib:
 
"Bu gün yayılan bəyanat mənə aid deyil. Heç bir mətbu orqana mövzu ilə bağlı açıqlama verməmişəm. Həddini bilməyən bir qrup insanın məni mövzuya daxil etmək cəhdi ağlasığmaz dərəcədə çirkin və həqiqətə uyğun deyil. Hansı məqsədlə yazıldığını başa düşmədiyim xəbərlə bağlı hüquqi addımlar atılmağa başlanıb". 

Qeyd edək ki, Umut Evirgen adlı iş adamı ilə eşq yaşayan Tuba ilə bağlı keçmiş əri Onurun mediada bunları dediyi yazılıb:
 
"Biz Tubanın sevgilisi var deyə boşanmadıq. Belə axmaqlıq ola bilməz. Bu həm ona, həm mənə təhqirdir. Bizim münasibətimiz onsuz da bitmişdi. Uşaqlarımız üçün ailəmizi qorumağa çalışdıq, alınmadı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.