Maraqlı

Zadəganlar, ulduzların övladları və moda - Milan sürprizi - FOTO

25 Sentyabr 2017 15:11
0 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində keçirilən Yüksək Moda Həftəsində "Dolce & Gabbana" brendi yeni, "Dolce & Gabbana Alta Moda" kolleksiyasını təqdim edib.

Milli.Az bildirir ki, brendin sahibləri, habelə baş dizaynerləri Domeniko Dolçe və Stefano Qabbana "Secret Show" adlı şouda "Bar Martini" zalına, sadəcə, çoxillik müştərilərlə yaxın dostlarını dəvət etmişdilər.

Podiumda isə supermodellərlə yanaşı, məşhurların övladları, sosial şəbəkələrin ulduzları və zadəganlar vardı.

Kolleksiya nümayiş olunarkən podiuma hersoq Endryusun qızı ledi Ameli Vindzor, mərhum şahzadə Diananın qohumu ledi Kitti Spenser, Pamela Andersonun oğlu Brendon Li, Pi Diddinin oğlu Kristian Kombs, Noel Qallaherin qızı Anais Qallaher, Yasmin Le Bonun qızı Ember Le Bon, Bruklin Bekhemin sabiq sevgilisi Sonya Ben Ammar, İnstagram ulduzu Kemeron Dallas, Stiv Harvinin qızı Lori Harvi və vaxtilə dünyanın ən gözəl uşağı sayılan Tilan Blondo və başqaları vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.