Maraqlı

Məscidin imamını bıçaqladılar - VİDEO - FOTO

25 Sentyabr 2017 13:21
1 Şərh     Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Mançester şəhərinin yaxınlığındakı Altrinçemdəki İslam Mərkəzinin rəhbəri, yerli məscidin imamı Nasser Kurdi bıçaqlanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nasser Kurdinin dediyinə görə, dünən axşam saatlarında məsciddən çıxaraq evə yönələndə küçədə onun qarşısını kəsən naməlum şəxs İslamı və müsəlmanları aşağılayandan sonra bıçağı çıxarıb. Həmin şəxs N.Kurdinin boynuna bıçaqla vurandan sonra qaçıb.

İxtisasca ortoped olan 58 yaşlı N.Kurdinin bıçaqlanması ilə bağlı olaraq polis təhqiqata başlayıb.

Cinayətdə şübhəli bilinən 54 və 32 yaşlı iki şəxs saxlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məscidin imamını bıçaqladılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.