Maraqlı

Google Play böyük platforma oldu

26 Sentyabr 2017 07:41
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Play" mağazası əlavələrin yayılması üçün dünyada böyük platformaya çevrilib. Bu barədə "Google Play" servisinin Asiya-Sakit okean regionu üzrə rəhbəri Ceyms Sanders bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, 2016-cı ildə istifadəçilər mağazadan 82 milyard proqram və oyun yükləyiblər. Bir il əvvəl isə bu göstərici 65 milyarda bərabər olub. Bununla yanaşı, "Google Play"də kontentə görə ödəniş edən istifadəçilərin sayında 30 faizədək artım qeydə alınıb.

Mağazanın imkanlarından danışan C.Sanders qeyd edib ki, servis dünyanın 135 ölkəsində ödənişləri debet və kredit kartları ilə dəstəkləyir, eləcə də 55 ölkənin 140 operatoru ilə əməkdaşlıq etməklə telefon hesablarından kontent üçün ödənişi həyata keçirir.  

C.Sanders vurğulayıb ki, proqram tərtibatçılarına biznesdə perspektivləri yaxşılaşdırmağa və daha çox müştərinin cəlbinə kömək üçün "Google" mağazanın idarəetməsini təkmilləşdirməkdə (məsələn, distribusiya və analiz imkanlarının genişləndirilməsi) davam etdirməklə yanaşı, virtual və əlavə reallığın dəstəklənməsini gücləndirir, eləcə də kontentin netbuklarla inteqrasiyasını qurur. Bu, proqram təminatının hazırlanması imkanlarını asanlaşdıracaq və genişləndirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.