Maraqlı

Pittlə bağlı sual Colini özündən çıxardı

24 Sentyabr 2017 15:18
4 Şərh     Baxış: 1 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

42 yaşlı Ancelina Coli son günlər aqressiv davranışları ilə diqqət çəkir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Hollivud ulduzu şəxsi həyatı ilə bağlı suallara hiddətlənib. Hətta aktrisa bir şouda rejissorla dava edib. 

Coli "Gecə xətti" adlı şouda yeni filmini təqdim etmək üçün qonaq olub. Ancelina son günlər hər yerdə bildirir ki, onu aktrisa kimi yox, rejissor və ssenarist kimi təqdim etsinlər. 

Şou zamanı aparıcı aktrisaya Enci Bret Pittlə boşanması haqda sual verib. Həmin an Coli əsəbiləşməyə başlayıb. O, çəkilişi dayandırmağı və həmin kadrların silinməsini tələb edib. Ancelina gözündən axan yaşı silib və tez-tez "Mənimlə hər şey yaxşıdır" sözlərini təkrarlamağa başlayıb. 

Aktrisa bildirib ki, tək qalmaq onun üçün çətindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.