Maraqlı

Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - FOTO

24 Sentyabr 2017 13:25
0 Şərh     Baxış: 10 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Özge Uzun boşandığı həyat yoldaşı, "CBC Sport" kanalının baş direktoru Volkan Üstlə ikinci dəfə nikah masasına oturub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 il ailəli qalan Özge 2014-cü ildə Volkanla birinci məhkəmədə boşanmışdı. 

3 il ayrı qaldıqdan sonra cütlük yenidən barışıb. Onların ikinci nikah mərasimi Bakıda baş tutub. Toydan fotolar sosial şəbəkədə paylaşılıb.

Volkan və Özge cütlüyünün iki övladı var. 

Uzun "Volkan xaricdə yaşayır. Türkiyəyə gələndə görüşdük, danışıb, hər şeyi yoluna qoyduq. Yaşadığımız ayrılıq ikimiz üçün də yaxşı olub. Sonra gəlib, "Mənimlə birlikdə olarsan" dedi. Mən də razılaşdım" deyə, açıqlamasında bildirib. 



Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.