Maraqlı

"Miss Türkiyə - 2017"-nin qalibinin tacı əlindən alındı - Paylaşımına görə - FOTO

23 Sentyabr 2017 11:30
6 Şərh     Baxış: 2 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda "Miss Türkiyə - 2017" gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. Münsiflər heyətinin rəyi ilə birinci yerə Itır Esen layiq görülüb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Itır Esenin sosial mediada "15 iyul şəhidləri" ilə bağlı paylaşımı onun tacının əlindən geri alınmasına səbəb olub. I.Esen bundan sonra yarışma ilə bağlı bütün fotoşəkillərini sosial şəbəkədəki hesabından silib. Daha sonra açıqlama yayaraq, əvvəlki paylaşımı üçün hər kəsdən üzr istəyib.

Müsabiqənin təşkilatçılarının rəyi ilə ikinci yeri qazanan Aslı Sümen birinci seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.