Maraqlı

Beyonse yenə villa aldı - FOTO

23 Sentyabr 2017 10:23
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı müğənni Beyonse Nouls və əri, milyarder reper, prodüser Cey Zi daha bir villa alıblar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-York ştatındakı İst-Hemptonda yerləşən "Pond House" villası üçün 26 milyon dollar ödənib. Villanın 7 yataq otağı, 8 vanna otağı, 1114 m2 daxili sahəsi və 2 hektarlıq ətraf ərazisi var.

Villa Corciya gölünün sahilindəki villanın ərazisində 159 m2 sahəli qonaq evi də var.

81 Briar Patch Road-da yerləşən villanın əvvəlki sahibi, milyarder Ceffri Koll binanı satın alandan sonra 2 il təmir işləri aparılmışdı.

2009-cu ildə 39,5 milyon dollara satışa çıxarılmış villanı alan olmadığından onun qiyməti ucuzlaşıb.

Bu villanın qonşuluğunda Ronald Perelman, Stiven Spilberq və Marta Stüartın malikanələri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.