Maraqlı

Məşhur köpək İnstagram ulduzuna döndü - VİDEO - FOTO

23 Sentyabr 2017 13:55
0 Şərh     Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Ontario şəhərində yaşayan fotoqraf və qrafik dizayner Endryu Knapp ilə köpəyi, border kollis cinsindən olan Momo dünyaca məşhurdurlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı E.Knapp "Find Momo" ("Momonu tap") adlı fotoseriyalarının sayəsində populyarlaşıb.

Bu fotoların yer aldığı 3 kitabdan ikisi isə "New York Times Bestsellers" reytinqindədir.

Endryu indi Momonun müxtəlif vaxtlarda və məkanlarda çəkilmiş baxışlarının toplusunu "MomoıFace" adlı seriyada toplayıb, habelə video da hazırlayıb.

Momonun adına İnstagram-da açılmış "MomosFace" profilininsə artıq 65 mindən artıq daimi təqibçisi var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur köpək İnstagram ulduzuna döndü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.