Maraqlı

Kardaşyanın bacısı hamilədir - FOTO

23 Sentyabr 2017 10:07
9 Şərh     Baxış: 1 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ən məşhur realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyanın kiçik bacısı Kayli Cenner hamilədir.

Mili.Az TMZ-yə istinadən bildirir ki, 20 yaşlı supermodel hamiləliyin 4-cü ayındadır.

K.Cennerin bətnindəki övladının atası isə 25 yaşlı sevgilisi Trevis Skottdur.

K.Cenner və T.Skott bu xəbəri ayın əvvəlində Anahaym şəhərindəki "Day N Night Fest"dən sonra ailə üzvlərinə və dostlarına söyləyiblər.

"Kayli çox həyəcanlıdır. O, hamilə olduğunu eşidəndə heyrətləndi. Amma indi bəxtəvərdir", - Kayli Cennerin rəfiqələrindən biri deyib.

İlkin məlumatlara görə, K.Cenner gələn ilin fevralında qız doğacaq.

Kayli Cenner hamiləliyi ilə bağlı xəbəri Spnapchat-dakı profilində paylaşandan sonra silib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.