Maraqlı

İnternetin ən təhlükəli insanının ADI AÇIQLANDI

22 Sentyabr 2017 23:01
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

McAfee şirkətinin kibertəhlükələr sahəsinin ekspertləri internetdə ən təhlükəli personajın adını açıqladılar.

Milli.Az bildirir ki, bu haqda Associated Press məlumat yayıb.

Kanada müğənnisi Avril Lavinin adına olan zərərverici proqramlar şəbəkədə ən çox yayılanlardır.

McAfee mütəxəssisləri tərəfindən keçirilmiş analizin nəticələrinə görə, kibercinayətkarlar virusu daha çox bu müğənninin adı ilə yayırlar. Axtarış sistemi onun adı ilə - məsələn "Avril Lavin MP3" yazaraq edilən sorğularda istifadəçiləri 22 faiz ehtimalla virus saytına gətirib çıxarır.

Eyni zamanda, ilin ən "zəhərli" məşhurlarıın siyahısına müğənnilər Bruno Mars, Castin Biber, Zeyn Malik, Selina Dion, Keti Perri və Beyonse da düşüb. Şirkət istifadəçilərə əsasən "Avril Lavin" adı ilə axtarış edərkən düşəcəyi zərərli saytlardan qorunmağı məsləhət görür. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.