Maraqlı

Audi yeni universal təqdim etdi - FOTO

15 Oktyabr 2017 20:05
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Frankfurt-2017 avtosalonundakı bütün yeniliklər arasında ən gözləniləni, sözsüz, yeni nəsil B9-un təkmilləşdirilmiş universalı Audi RS4 Avant-dır.

Milli.Az auto.az-a istinadən bildirir ki, bir çox ekspertlərin güman etdikləri kimi, Almaniyadan olan yüksəl məhsuldarlı avtomobil 2,9-litrlik TFSI biturbo V6 mühərriki alıb. O, 450 a.g. və 600 Nm fırlanma anı verə bilir.

Güc aqreqatı tam ötürücü Quattro sistemi və modernləşdirilmiş, sürət ötürmələri optimallaşdırılmış 8-diapazonlu sürət qutusu ilə birlikdə çalışır.

Alman istehsalçının sözlərinə görə, təkmilləşdirilmiş universal Audi RS4 Avant 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənir, onun maksimal sürəti 250 km/saatda məhdudlaşdırılıb.

Elektron məhdudlaşdırıcını çıxarmaq da olar, o zaman avtomobil 280 km/saat maksimal sürətə malik olacaq. Bu cür opsiya RS Dynamic Package paketinə daxil edilib. Beləliklə, yenilik əsas rəqibi Mercedes-AMG C63 Estate-dən 0,1 saniyə daha cəlddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.