Maraqlı

Honda-nın ilk elektrokarı - FOTO

14 Oktyabr 2017 23:05
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honda şirkəti ilk elektrokarını hazırlayıb. O, Avropada satılacaq. Frankfurt avtosalonunda Urban EV adlı gələcək avtomobilin prototipi nümayiş olunub. Avtomobilin seriyalı versiyası isə 2019-cu ildə təqdim ediləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, Honda-nın prezidenti Takahiro Haçiqo deyib: EV Concept sadəcə gələcək avtomobil barədə təsəvvür deyil. Bu avtomobilin seriyalı versiyası 2019-cu ildə Avropada peyda olacaq.

Elektrikli hetçbek retro dizayn alıb və Jazz-ı xatırladır. Yeniliyin uzunluğu 3895 mm-dir. Avtomobilin faraları arasında displey quraşdırılıb ki, orada digər sürücülərə salamlama yazıları əks oluna bilər.

Elektrokarın salonunda rəqəmsal cihazlar paneli quraşdırılıb. Yan güzgülərin yerinə kameralar quraşdırılıb ki, onlar məlumatı daim xüsusi displeyə ötürürlər. Konsept 4 yerlidir. Lakin seriyalı versiya 5 yerli olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.