Maraqlı

"Bollywood Night" Azərbaycan və hind moda dəfiləsi nümayiş etdirəcək - FOTO

22 Sentyabr 2017 15:25
Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında möhtəşəm "Bollywood Night" bayramı keçiriləcək.

Milli.Az bildirir ki, Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə keçiriləcək bayramın təşkilatçısı "Full House Entertainment"dır.

"Bollywood Night" Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər, iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show" təqdim olunacaq.

Layihənin iştirakçılarından biri "Baku Fashion Club"un rəhbəri Lyubov Qutorova-Poyrazdır. O, dəfilənin hazırlanması və təşkilində iştirak edəcək. "Baku Fashion Club"un rəhbəri Trend-ə bildirib ki, Hindistanı haqlı olaraq dünya sivilizasiyasını zənginləşdirən ən qədim, zəngin mədəni və dini ənənələr ölkəsi adlandırırlar: "Bəlkə də hind musiqisi, kinosu, rəqsləri, milli geyimlərini və bu əfsanəvi ölkənin dünyaya bəxş etdiyi daha bir çox şeyi bilməyən insan tapılmaz. Dəb hər bir xalqın mədəniyyətinin tərkib hissəsidir və o, həmçinin "Bollywood Night"da nümayiş etdiriləcək. Ölkəmizin mədəni həyatında parlaq hadisəyə, Azərbaycan və Hindistan arasında dostluq körpüsünə çevriləcək layihəyə fəal hazırlıq görülür. Hamını rəngarəng və unudulmaz Azərbaycan və hind moda gecəsi gözləyir". L. Qutorova-Poyraz dəvətə görə "Full House Entertainment"ın rəhbəri Dia Soun Kxeyə də minnətdarlığını bildirib.

Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı:   https://www.facebook.com/bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall", "Gənclik Mall", "Asan Xidmət" mərkəzlərində və onlayn

https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.