Maraqlı

Şok kadrlar: güllələnən adam Facebook-da VİDEO paylaşdı - FOTO

22 Sentyabr 2017 12:25
0 Şərh     Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sən ölü qardaşı gözləyirsən! Hazırlaş, məni öldürə bilməzsən!

3 güllə yarası almış şəxs avtomobilinin sükanı arxasında mobil telefonunun kamerasına baxaraq belə deyib. O, görüntüləri Facebook-dakı profilində canlı yayım rejimində paylaşıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Detroyt şəhərinin küçələrindən birində kafedən çıxan 32 yaşlı qaradərili Ceyson Mallavirə qəflətən iki nəfər hücum edib. Onlar sükan arxasında olan Mallavirə tapançalardan 3 dəfə atəş açıblar.

Ağır yaralanan, güllələrdən biri boğazına girən Mallavi qan içində olsa da, maşını hospitala tərəf sürüb.

Yolda o, smartfonu vasitəsilə Facebook-da canlı yayım da edib.

"Elə bilirdin məni öldürə bilərsən, qardaş! Yanılırsan! Sən ölüsən artıq! Bunu bil, qardaş!" - hospitala yönələn C.Mallavir deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.