Maraqlı

Bitləri dərmansız necə təmizləməli? - TƏBİİ ÜSULLAR

21 Sentyabr 2017 23:35
4 Şərh     Baxış: 9 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bitlərin yayılması ilə bağlı xəbərlər yayılıb.
Xüsusilə də azyaşlı və ibtidai siniflərdə oxuyan uşaqların bitlənməsi valideynlərin böyük narahatlıqlarına səbəb olur. Bəs bitlənmə nədən yaranır? Onun fəsadları nələrdir? Bit yayılan zaman nə etmək lazımdır?

Milli.Az lent.az-a istinadən türkiyəli dermatoloq Funda Atamanın bu haqda məsləhətlərini diqqətinizə çatdırır.
Həkim deyir ki, insanda üç fərqli bit növü xəstəlik yarada bilir. Bunlar baş, bədən və qasıq bitidir. Bitlər insanların düşündüyünün əksinə, hoppana və uça bilmir. Üç cüt ayağı olan 2 mm-dən balaca kiçik qanadsız böcəklərdir. İlk zamanlar sirkə kimi bilinən yumurtaların yaranması ilə ortaya çıxır. Yaxın təmas, daraq, geyimlər, yaylıq, papaq, cib telefonu, qulaqcıq kimi əşyalarla yayıla bilir. Ev heyvanları isə insan biti üçün daşıyıcı deyil: "Bütün dünyada bitlər dərmanlara qarşı müqavimət göstərmələri ilə bilinən bir problemdir. Bit gündə 5 dəfə pəncələrini dəriyə keçirərək qan əmir. Qan əmdikdən sonra gənə kimi şişməsə də, həzm etdiyi qanın təsiri ilə pas rəngi alır. Bitin tüpürcəyi və nəcisinin dəriyə təması qızarıqlıq və qaşıntıya, bəzən də iltihablı yaralara səbəb ola bilir. Dişi bit 1 aylıq həyatının hər bir günündə təxminən 6 ədəd yumurta qoyur. Bitlər yumurtadan ortalama 1 həftədə çıxır. Bit müalicəsinin həftədə bir dəfə təkrarlanmasının səbəbi də budur. Baş biti uşaqlarda daha çox görülür. Baş biti ən çox boyun və qulaq arxası saç dərisində olur. Qız uşaqları daha asan bitlənir".
Dermatoloqun sözlərinə görə, baş biti qan əmmə əsnasında hansısa bir xəstəlik yaymır. Amma bədən biti həyat şəraiti pis, baxımsız insanlarda görüldüyü üçün müharibə vaxtı, ya da kasıb toplumlarda tif kimi yoluxucu xəstəliklərə səbəb olur. Qasıq biti isə cinsi yolla bulaşan bir xəstəlikdir. Qasıq tüklərindən başlayıb saqqaladək bütün tüklü bölgələrə yayılır. Hətta uşaqların kirpiklərinə də keçə bilir.
Bitlərin təmizlənmə üsulundan danışan F. Ataman deyir ki, müvəffəqiyyətli bir müalicə üçün ailə üzvlərinin təmasda olduğu şəxslərin də müalicəsi lazımdır: "Saç bantlarının, daraqların, fırça, papaq, yastıq, ev və maşında olan oturacaqların baş qoyulan hissələrinin silinməsi və yuyulması vacibdir. Dərmanlar quru saça sürtülməlidir. Bit su ilə qarşılaşınca nəfəs yollarını bağlayır və yarım saat nəfəs almadan qala bilir. Nəfəs yollarını bağladığı üçün dərman bitə təsir etmir və öldürmür. Dərmanlar nəfəs yolunu iflic edərək təsirli olur. Yumurtalarda ilk 4 gün sinir sistemi inkişaf etmədiyi üçün bu iflic edici dərmanların təsiri olmaz. Buna görə qalıcı təsirli dərmanlar istifadə edilməli və ya 1 həftə sonra müalicə təkrarlanmalıdır. Saçların kəsilməsi bitin çox olduğu durumlarda düşünülə bilər. Mexaniki təmizləmə, yəni bit və sirkələrin əllə artlanması, sıx dişli bit daraq ilə darama dərman istifadə etmədən faydalı ola bilər. Bit darağı ilə darayarkən saçı su, sirkə, zeytun yağı, ya da saç kremi ilə nəmləndirmək işinizi asanlaşdıracaq. Bu darama işi 3-4 gündə bir 15-30 dəqiqə arayla təkrarlanmalıdır. Saç təmizləndikdən sonra 2 həftə daha davam edilməlidir. Vazelin və ya mayonez ilə həftədə bir dəfə, ən az 10 dəqiqə saçların sürtülməsi də dərmana ehtiyac görülməyən alternativ üsullardandır. Bu vasitələr saça bol sürtülməlidir, beləcə, bit nəfəs ala bilməz və ölər. Həmçinin 30 dəqiqə ərzində saç qurutma aləti ilə isti hava tətbiq edərək, bitlərdən azad olmaq olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.