Maraqlı

Yeməkdən sonra pendir yeyin ki... - FAYDASI

21 Sentyabr 2017 22:35
4 Şərh     Baxış: 1 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pendir yeməyi hər birimiz xoşlayırıq. Xüsusilə səhər naharında bütün süfrələrdə pendir olur. Pendir və pendir növləri günün ən əhəmiyyətli yeməyi olan səhər yeməyinin vacib qidasıdır. Pendir bir qida kimi sevilərək yeyilsə də, onun faydalı xüsusiyyətləri də olduqca çoxdur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yüksək miqdarda kalsium və fosfor ehtiva edir. Kalsium və fosfor sümük sağlamlığı, sinir və əzələ fəaliyyətləri, böyrək funksiyası üçün lazımlı minerallarla zəngindir. Pendir artıq səhər yeməyi üçün bir vəsait olmaqla yanaşı, ana yeməklərə də daxil olub. Belə ki, mütəxəssislər yeməklərin sonunda da pendir yeməyi tövsiyə edirlər.
Pendirdən mütəmadi istifadə etmək dişlərdə çürüməyə səbəb olan bakteriyaları azaldır. Pendir həm də ağzın içini rahatlaşdırır, dişlərə kalsium dəstəyi verir, mədəni və həzm sistemini yaxşılaşdırır.
 
Pendir ağızdan mədəyə qədər olan bütün həzm sistemində turş mühiti neytrallaşdıraraq qoruyur. Xüsusilə şirniyyatla bitən yeməklərdən sonra yeyilən pendir şirnin mənfi təsirini aradan qaldırır. Odur ki, yeməkdən sonra pendir yeməyi unutmayın.  
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.