Maraqlı

ABŞ-da dövlət qurumunun məlumat bazası sındırıldı

23 Sentyabr 2017 19:15
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyasının məlumat bazası sındırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bazada minlərlə özəl şirkətin məlumatları saxlanılırmış.
 
Komissiyanın bəyanatında deyilir ki, kənar şəxslər geniş ictimaiyyət üçün nəzərdə tutulmayan məlumata çıxış əldə edə bilərlər. Dəqiqləşdirilir ki, bazanı naməlum hakerlər sındırıblar.
 
Komissiyanın sədri Cey Kleyton qeyd edib ki, kibertəhlükədən sonrakı risklər ciddidir və bir çox hallarda sistematik olaraq baş verir.  
 
Təxmin edilir ki, sistemin sındırılması sistemin fəaliyyətinə təsir etməyib və təkrar kiberhücumların yaranması təhlükəsinin yaranmasına gətirib çıxarmayıb.
 
ABŞ-ın "Equifax" kredit tarixçəsi bürosundan isə bildiriblər ki, 143 milyon insanın şəxsi məlumatlarının oğurlanmasından sonra informasiya və təhlükəsizlik xidmətinin rəhbər şəxsləri işdən azad olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.