Maraqlı

“Twitter”də İŞİD-in 900 mindən çox səhifəsi bloklanıb

21 Sentyabr 2017 08:55
0 Şərh     Baxış: 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ilin avqustundan bəri "Twitter" sosial şəbəkəsi İŞİD terror təşkilatına məxsus 935,9 min səhifəni bloklayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səhifəlrədən təkcə 300 mini cari ilin ilk yarısında bağlanıb.
 
"Twitter" administrasiyasının rəsmi məlumatında deyilir ki, 2017-ci ildə İŞİD-in bloklanmış səhifələrinin 75 faizi orada terror xarakterli informasiyaların yerləşdirilməsindən əvvəl açılıb. Terror məzmunlu səhifəsinin 95 faizindən çoxu daxili proqramlar və spam nəzarəti alətləri vasitəsilə aşkar edilib.
 
Xatırladaq ki, 2017-ci ilin ayın ayında "Microsoft", "YouTube", "Facebook" və "Twitter" kimi internet nəhəngləri Qlobal İnternet Forumunun yaradılması ilə bağlı razılığa gəliblər. Bu forumun əsas məqsədi internet şəbəkəsində terrorizmə qarşı çıxmaq və onunla mübarizədə texniki metodların müasirləşdirilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.