Maraqlı

“Facebook” Meksikaya yardım ayırdı

23 Sentyabr 2017 08:45
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Meksika bölməsinə 1 milyon dollar ayıracaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özünün "Facebook" səhifəsində yazıb. O bildirib ki, yardım zəlzələdən zərər çəkənlərə kömək üçün sərf olunacaq: "Biz yerlərdə humanitar yardımların göstərilməsi üçün Qırmızı Xaça 1 milyon dollar ayıracağıq".  
 
M. Zukerberq sosial şəbəkə vasitəsilə Meksikaya edilən yardımlardan komissiya tutulmaması üçün UNİCEF-lə əməkdaşlıq etdiklərini də söyləyib.
 
Xatırladaq ki, Meksikada sentyabrın 19-da baş vermiş 7,1 bal gücündə zəlzələ nəticəsində 230 nəfər ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.