Maraqlı

Google eksperimental şəhər tikəcək

23 Sentyabr 2017 08:51
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" korporasiyası şəhər mühitində yüksək texnologiyalı unikal innovativ yaşayış məntəqəsinin inşası ilə məşğul olacaq "Sidewalk Labs" şirkətini təsis edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  2001-2008-ci illərdə Nyu-York merinin iqtisadi inkişaf üzrə müavini işləyən şirkət rəhbəri Deniel Doktoroff hazırda ABŞ-ın bir sıra şəhərləri üçün müxtəlif media platformalarının yaradılması üzrə layihələrə rəhbərlik edir.

Məlumata görə, eksperimental yaşayış məntəqəsində "Sidewalk Labs" şəhər mühiti sahəsində əhalinin yaşayış keyfiyyətini artırmaqla ekoloji şəraiti yaxşılaşdırmağa imkan verən yüksək texnologiyalı innovasiyalardan istifadəni planlaşdırır. Texnologiyalar təkcə nəqliyyat və infrastrukturu deyil, sosial sahə və idarəetmə sistemini əhatə edəcək.

Bildirilir ki, əvvəlcə şirkət poliqonda olduğu kimi, bütün texnoloji həllərin sınaqdan keçirildiyi kiçik ərazinin inşasını nəzərdə tutur. D. Doktoroffun sözlərinə görə, ərazi sonradan kompleks innovasiya laboratoriyasına çevriləcək bütöv şəhər olacaq. Unikal şəhərin harada inşa ediləcəyi barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.