Maraqlı

Tamamilə simsiz enerjidoldurma stansiyası yaradılıb

23 Sentyabr 2017 08:11
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövcud olan simsiz enerjidoldurma texnologiyaları yalnız xüsusi meydançada smartfonu kabelsiz enerji ilə doldurmağa imkan verir. Son illərdə müxtəlif mütəxəssislər tamamilə simsiz enerjidoldurma stansiyası yaratmağa cəhd göstəriblər. ABŞ-ın "Pi" adlı startapı iddia edir ki, indi enerjidoldurma stansiyasından kənarda yerləşən qurğulara məsafədən enerji yükləmək mümkün olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Pi" enerjidoldurma stansiyası kiçik konus formasında hazırlanıb. Onun iş prinsipi maqnit-rezonans texnologiyasına əsaslanır, amma o, enerji doldurmaq üçün qurğu ilə birbaşa kontakt tələb etmir.

İstifadəçilər  planşet və smartfonları "Pi" stansiyasından sadəcə 30 sm-dək məsafədə yerləşdirməklə akkumulyatoru enerji ilə doldurmaq imkanı əldə edəcəklər. Eyni anda 4 cihazı enerji ilə doldurmaq mümkündür. Çoxlu sayda qurğunu stansiyaya əlavə etdikdə enerjidoldurmanın ümumi sürəti azalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.