Maraqlı

Daşınan qurğular bazarı böyüyür

23 Sentyabr 2017 07:31
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"International Data Corporation" (IDC) şirkəti 2017-ci və sonrakı illər üçün dünya daşınan qurğular bazarı üzrə proqnozunu açıqlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qiymətləndirməyə görə, ötən il qlobal miqyasda 104,4 milyon daşınan qurğu satılıb. Məlumatlarda "ağıllı" saat və fitnes bilərziklə yanaşı, geyimə bərkidilən müxtəlif qurğuların, eləcə də qulaqcıqların tədarükü nəzərə alınıb.

Proqnozlara görə, bu il daşınan qurğuların ümumu tədarük həcmi 121,7 milyon ədədə çatacaq. Bu, ötən illə müqayisədə 16,6 faizlik artıma uyğundur.  

"IDC" analitiklərinin fikrincə, "ağıllı" saatların tədarükü cari ildə 67,4 milyon ədəd təşkil edəcək. Bu, daşınan elektronika bazarının ümumi həcmində 55,4 faizlik paya bərabər olacaq.

Bildirilir ki, daha 47,6 milyon ədəd fitnes bilərziklərin payına düşəcək. Bu qurğuların ümumi tədarükdə payı 39,1 faizə yaxın olacaq. Beləliklə, digər qurğuların bazar payı 5,5 faiz təşkil edəcək.

"IDC" mütəxəssisləri həmçinin qeyd edir ki, 2021-ci ilədək dünya daşınan qurğular bazarının həcmi 229,5 milyon ədədə çatacaq. 2017-2021-ci illərdə mürəkkəb faizlərdə ortaillik artım tempi 17,2 faiz proqnozlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.