Maraqlı

Astrofiziklər dünyanın axırının YENİ TARİXİNİ AÇIQLADILAR - 23 sentyabr?

22 Sentyabr 2017 06:30
2 Şərh     Baxış: 3 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astrofiziklər apokalipsisin yeni tarixini açıqlayıblar.

Milli.Az bildirir ki, alimlər arasında bu tarix barədə indiyə qədər çox mübahisələr olub.

VistaNews portalının verdiyi məlumata görə, tədqiqatçılar qrupu ilahiyyatçı İoannın deyimlərini incələməyə başlayıblar. Onun yazılarında dünyanın sonunun başlanğıcı planetlərin və ulduzların düzülüş vəziyyətilə əlaqəli olacaq.

Nəzəriyyəçilərin sözlərinə görə, İncil apokalipsisi artıq növbəti istirahət günlərində başlanacaq. 23 sentyabr - məhz bu gündə bütün ulduzların və planetlərin vəziyyəti son 6000 il ərzində ilk dəfə bu formada üst-üstə düşəcək - İoannın yazılarında qeyd etdiyi vəziyyətdə.

Təbii ki, bu nöqteyi-nəzəri bölüşməyənlər dünya ilə vidalaşmağa tələsmirlər. Onların fikrincə, yazılanların dəqiq yozumunu tapmaq mümkün deyil və bu günə qədər deyilən bütün "dəqiq tarixlər"də həyat sona yetməyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.