Maraqlı

Seren Gülbeni biabır etdi: "Evli kişiyə yazdıqların..." - FOTO

21 Sentyabr 2017 13:42
2 Şərh     Baxış: 2 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülben Ergen bir neçə gündür orqanlarını bağışlaması ilə bağlı paylaşımlarıyla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi hətta sənədləri paylaşaraq "Mən bütün orqanlarımı bağışladım" deyib.

Gülbenin bu sözlərindən sonra Seren Serengül də sosial şəbəkədə fikirlərini bölüşüb və qarşı tərəfi biabır edib:

"Bir razılığa gələk: Biz orqanımızı bağışlayaq, sən isə damar bağışla, özü də "ar" olsun. Ailəli ola-ola başqa evli birinə məktublar yazan, münasibət yaşayan, hər dəfə uşaqlarının arxasına sığınan möhtəşəm bir ana. Mesajları yazdığın, evdən ayrılmasını, boşanmasını tələb etdiyin adamın da bir xanımı, övladları var idi. Sabah qəzetlərə yaxşı bax, oradakı sənin əl yazındır. Sabah qəzetlərdə yazışmalarınız çıxandan sonra da hər şeyi inkar edəcəksən?

Məni susdurdun, iki jurnalisti qovdurdun. Amma ərin nə demişdi? - "Gerçəklərin bir gün ortaya çıxmaq kimi bir özəlliyi var". Mənə etdiyini Yeşimə, Yeşimə etdiyini bir başqasına edib yaşadın. "Hürriyet" qəzetinə bütün mal-mülkünü bağışladın, əməllərini ört-basdır etdilər. 

Mən susmayacam. And içdim, sənin gerçək üzünü Türkiyəyə göstərəcəm. Vicdanını susdura bildin? Sən çox pissən. Amma cənnət də, cəhənnəm də bu dünyadadır. Hamımızı pis etdin, indi başqa bir qadının qəlbini incitməyinə icazə verməyəcəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.