Maraqlı

Qalmaqallı reklam yasaqlandı - VİDEO - FOTO

20 Sentyabr 2017 11:59
1 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Aviva" sığorta şirkətinin sifarişi ilə çəkilən son reklam böyük qalmaqala səbəb olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, reklamın "qəhrəman"ı beynəlxalq "Formula-1" avtoçempionatının sabiq pilotu, 46 yaşlı şotland Devid Kultharddır.

Reklamda o, qrimlənəndən sonra taksi avtomobilinin sükanı arxasına əyləşir və "taksi sürücüsü" olur.

D.Kulthart müştərilər maşınına oturan kimi driftə başlayıb, avtomobili böyük sürətlə idarə etməyə başlayıb.

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına çağırış mesajı verən reklam tam əks effekt doğruldub.

"Yollarda təhlükəsizliyi təmin etmək istəyirsinizsə, "Aviva"nın xüsusi proqram əlavəsini mobil telefonunuza yükləyin", - reklamda deyilirdi.

Fəqət, ekspertlər D.Kulthardın çəkildiyi reklamı yollarda qaydaların pozuntusuna pərdələnmiş çağırış təki dəyərləndiriblər.

Britaniyada reklamın nümayişinin yasaqlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qalmaqallı reklam yasaqlandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.