Maraqlı

Google-la pul yollamaq mümkündür - VİDEO

21 Sentyabr 2017 08:21
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün "Tez" mobil proqramını istifadəyə verib. Bu mobil proqramın köməyi ilə hindistanlı istifadəçilər bir-birinə pul göndərə, həmçinin rəqəmsal ödənişi dəstəkləyən mağaza və kafedə alış-veriş edə biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil proqram "Unified Payments Interface" ("UPI") sistemi əsasında işləyir. Sözügedən mobil tətbiq Hindistan Milli Ödəmə Korporasiyası tərəfindən hazırlanıb və komissiyasız pulköçürmələri etməyə imkan verir.

"Cash" rejimində yaxınlıqda yerləşən dostların hesabına dərhal pul köçürmək mümkündür.

"Tez" mobil proqramı Hindistanın 55 bankını dəstəkləyir. Bütün əməliyyatlar  "UPI PIN" sayəsində qorunur, proqrama "Google PIN" və ya barmaq izləri skaneri vasitəsilə giriş mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Google-la pul yollamaq mümkündür

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.